Prezident
Cənab İlham Əliyevin sədrliyi ilə 12 aprel 2022-ci il tarixdə keçirilmiş cari
ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə çox mühüm məqamlara
toxunmuş, bir çox mövzularda açıqlamalar vermişdir. Prezident Cənab İlham
Əliyev çıxış edərək qeyd etmişdir ki: “Əsas məqsədimiz keçən il həm azad
edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq
müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə
nəticələr göz qabağındadır. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal
əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni
reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir
keçirilmişdir –Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir.
Bu, çox ələmətdar hadisə idi. Bu bir daha onu göstərdi ki, BMT Azərbaycanın
ərazi bütövlüyünü tam tanıyan qurumdur. Dövlət Başçısı qətiyyətlə çıxışında
bildirdi ki, 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarını
Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ
münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra
olunmaması ilə bağlı yükü götürmüş oldu. Azərbaycan dövlətinin dünyada artan
nüfuzundan söz açan ölkə başçımız qeyd etdi ki, Qoşulmama Hərəkatına hazırda
Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il
daha da uzadıldı. Qoşulmama Hərakatı Azərbaycan bu hərakata üzv olandan dərhal
sonra keçmiş ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə
Qoşulmama Hərakatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə
dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. Dövlət başçısının
qeyd etdiyi mühüm uğurlu siyasi məqamlardan biridə İslam Əməkdaşlıq Təşkilatı
ilə sıx əməkdaşlıq aparılmış, İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə
dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etmişdir.
İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda
bir daha bir neçə qətnamə - Azərbaycan mövqeyini dəstəkləyən , o cümlədən
Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair
önəmli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş
torpaqlara səfərlər etmişlər.
Prezident
İlham Əliyev qəti olaraq bildirmişdir ki, Minsk qrupuna münaqişənin həlli üçün
verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər.
ATƏT də yeni reallıqlarını tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ
müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində
Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sıfırdır.
Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur.
Cari ilin
yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyev ölkə də görülən və
görüləcək işlərdən söz açaraq dövlətimizin qarşıya qoyduğu məqsəd və
hədəflərdən danışdı. Dövlət başçımız işğaldan azad olunmuş rayon və
kəndlərmizin yenidən qurulması istiqamətində aparılan məqsədyönlü işlər barədə
ətraflı məlumat verdi.
Aydın Əliyev,
Xocali rayon
ziyalısı